Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Qafar Ağayev13:10 - Bu gün
Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək.

1news.az nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları yarmarkada satışa çıxara biləcəklər.

Onlar yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarka 10 gün müddətində fasiləsiz davam edəcək. İştirak etmək istəyən fermerlər dekabrın 9-na qədər 050 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya, eləcə də “Aqrar tədarük və təchizat” ASC“Kənddən Şəhərə” yarmarkasının sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə biləcəklər.

Paylaş:
42

Son xəbərlər

Bakıda hərbçi qəfil vəfat etdiBu gün, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatırBu gün, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdiBu gün, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıbBu gün, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıbBu gün, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilibBu gün, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandıBu gün, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırBu gün, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilibBu gün, 14:36RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİBBu gün, 13:21“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibBu gün, 13:15Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcəkBu gün, 13:10SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıbBu gün, 13:01Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİBBu gün, 12:4715 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıbBu gün, 12:39
Bütün xəbərlər