Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

15:08 - Bu gün
Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

1news.az “Report”a istinadən məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən Baxşəliyev Könül məhkəməyə video konfrans vasitəsi ilə qoşulub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah olunub.

Məhkəmə baxışı dekabrın 12-ə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.

Belə ki, Bahar Məmmədovanın 2022-ci ilin may ayında itkin düşməsi faktı üzrə Abşeron rayon polis idarəsi və Abşeron rayon prokurorluğu əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Paylaş:
50

Son xəbərlər

Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblərBu gün, 17:51Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən varBu gün, 17:46MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcəkBu gün, 17:30Astarada axtarılan yeniyetmənin meyiti tapılıbBu gün, 17:23Şuşanın tanınmış Mehmandarovlar nəslinin gorkəmli xadimləriBu gün, 17:04Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 16:55Bakıda hərbçi qəfil vəfat etdiBu gün, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatırBu gün, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdiBu gün, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıbBu gün, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıbBu gün, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilibBu gün, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandıBu gün, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırBu gün, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilibBu gün, 14:36RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36
Bütün xəbərlər