Gözəllik və Zəriflik İkonası Guinot brendinin Bakıda yeni mağazası açıldı! - FOTO - VİDEO
Dünyaca məşhur Fransız dəriyə qulluq markası Guinot, artıq Bakının mərkəzində – Zərifə Əliyeva küçəsi 32 ünvanında yeni mağazası ilə gözəllik və zəriflik sevərlərin xidmətindədir!
Bu eksklüziv məkan, yalnız yüksək keyfiyyətli dəriyə qulluq məhsulları ilə deyil, həm də Fransız şarmı ilə dolu dizaynı əks etdirən xüsusi interyeri ilə müştəriləri valeh edəcək.
Dəriyə qulluq sənayesinin liderlərindən biri olan Guinot, müştərilərinə yalnız yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edir. Burada peşəkar məsləhətçilər tərəfindən hər müştəriyə fərdi yanaşma və eksklüziv xidmət təklif edilir.
Müştərilərin ehtiyaclarına uyğun dəriyə qulluq məhsulları tövsiyə edilir, geniş məhsul seçimi təklif olunur:
- Qırışlara qarşı intensiv qulluq vasitələri,
- Dərinin nəmləndirilməsi üçün innovativ həllər,
- Bədənə qulluq məhsulları
- Üzdəki ləkələr və günəşdən qorunma üçün vasitələr və s.
Yeni il bayramı ərəfəsində sevdiklərinizi məmnun etmək üçün Guinot mağazasında xüsusi hədiyyə dəstləri və limitli təklifləri ilə hər zövqə uyğun hədiyyə seçimləri var.
Sizi mağazanı ziyarət edərək, açılışa özəl eksklüziv endirimlər və hədiyyəli alış-veriş imkanlarından faydalanmağa dəvət edirik.
Zəriflik və mükəmməlliyin yeni ünvanı – Guinot mağazası sizi gözləyir!
✨ Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32
✨ Əlaqə: (+994) 77 244 22 21
Reklam hüququnda