Macarıstanda təqaüdlə təhsil imkanı | 1news.az | Xəbərlər
Cəmiyyət

Macarıstanda təqaüdlə təhsil imkanı

Qafar Ağayev12:22 - 02 / 12 / 2024
Macarıstanda təqaüdlə təhsil imkanı

Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb.

Bu barədə 1news.az-a Elm və Ali Təhsil üzrə Dövlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

//htp.edu.az/uploads/fileuploads/2024/11/76667a78cd98478094283c1b33be2512.pdf

Paylaş:
246

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər