Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib

17:07 - 03 / 12 / 2024
Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub".

"Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib", - deyə o bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı təsdiqlənib.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər