Gəncədə taksi sürücüsü bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə taksi sürücüsü bıçaqlanıb

09:23 - 05 / 12 / 2024
Gəncədə taksi sürücüsü bıçaqlanıb

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlan ərazisində qeydə alınıb. Belə ki iki nəfərin arasında düşən mübahisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməlliyat edilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər