Küləyin sürəti saniyədə 28 metrə çatacaq - Hava XƏBƏRDARLIĞI | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləyin sürəti saniyədə 28 metrə çatacaq - Hava XƏBƏRDARLIĞI

16:44 - 06 / 12 / 2024
Küləyin sürəti saniyədə 28 metrə çatacaq - Hava XƏBƏRDARLIĞI

Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

1news.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər