Bakının bəzi ərazilərində avtobus zolaqlarının qüvvədə olduğu müddətlə bağlı nişanlar quraşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi ərazilərində avtobus zolaqlarının qüvvədə olduğu müddətlə bağlı nişanlar quraşdırılıb - FOTO

Qafar Ağayev17:15 - 06 / 12 / 2024
Bakının bəzi ərazilərində avtobus zolaqlarının qüvvədə olduğu müddətlə bağlı nişanlar quraşdırılıb - FOTO

Azadlıq və Bülbül prospektlərində, eləcə də Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində avtobus zolaqlarının saat 07:00–22:00 aralığında qüvvədə olmasını bildirən yol nişanları quraşdırılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, yalnız nişanda göstərilən saatlarda digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandır.
Qaydaları pozan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq ediləcək.

Bu zolaqlar, ictimai nəqliyyat istifadəçilərinin rahat, sürətli və maneəsiz hərəkətini təmin etmək məqsədi daşıyır. Bu qaydalara əməl etmək həm şəhərdə nəqliyyatın səmərəliyini artıracaq, həm də əlavə vaxt itkisini minimuma endirəcəkdir.

Məlumatda qeyd edilib ki, mərhələli şəkildə digər küçə və prospektlərdə də avtobus zolaqlarının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.

Hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq!

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər