Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib. | 1news.az | Xəbərlər
Cəmiyyət

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.

Qafar Ağayev11:32 - 06 / 12 / 2024
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.

Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.

1news.az xəbər verir ki, Görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib.

İctimai Şuranın sədri Hikmət Əlizadə və Şura üzvləri elm və ali təhsilin müxtəlif istiqamətlərinə dair təkliflər irəli sürüb, mövcud problemlərin müzakirəsi və həll yolları barədə fikir mübadiləsi aparıblar.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər