Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

Qafar Ağayev17:35 - 07 / 12 / 2024
Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib.

1news.az-ın məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Paylaş:
143

Son xəbərlər

Bütün xəbərlər