Oğuzda üzərinə ağac düşən kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda üzərinə ağac düşən kişi ölüb

13:36 - 10 / 12 / 2024
Oğuzda üzərinə ağac düşən kişi ölüb

Oğuz rayonunda meşəlik ərazidə üzərinə ağac düşən kişi ölüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Xalxal kəndinin yaxınlığında, "Zumanlı" dərəsi adlanan ərazidə baş verib.

Belə ki, üzərinə ağac düşən kənd sakini, 1989-cu il təvəllüdlü Cəfərov Elvin Çingiz aldığı xəsarətlərdən ölüb.

Hazırda onun meyitinin ərazidən çıxarılması istiqamətində tədbir görülür.

Paylaş:
344

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər