18 yaşlı ana doğuş zamanı körpəsini itirib | 1news.az | Xəbərlər
Cəmiyyət

18 yaşlı ana doğuş zamanı körpəsini itirib

11:12 - 10 / 12 / 2024
18 yaşlı ana doğuş zamanı körpəsini itirib

Gədəbəydə doğuş zamanı körpə ölümü qeydə alınıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına əsasən, hadisə ötən gün saat 06 radələrində baş verib.

Belə ki, Zəhmətkənd kənd sakini 2006-cı il təvəllüdlü Nuranə Hafiz qızı Nağıyeva 24 həftəlik hamiləliklə bağlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Doğuş zamanı körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
337

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər