Qubada evdə qaz sızmasından partlayış olub, xəsarət alan var

Quba rayonunun Qəçrəş kəndində evdə qaz sızmasından partlayış baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, kənd sakini Laçın Ələsgərov evdə alışqanı yandırarkən qaz sızmasından partlayış olub.
Yanıq xəsarətləri alan L.Ələsgərov Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
202