Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edib

Qafar Ağayev11:05 - 12 / 12 / 2024
Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı investisiya şirkətinin lisenziyasını ləğv edib.

Bu barədə 1news.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq "Plato Capital and Co. İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Bildiririk ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.

Paylaş:
115

Son xəbərlər

Azərbaycan nefti bahalaşıb

18 / 01 / 2025, 10:51
Bütün xəbərlər