Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Qafar Ağayev11:45 - 12 / 12 / 2024
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Paylaş:
123

Son xəbərlər

Bütün xəbərlər