Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEO

13:31 - Bu gün
Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

1news.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.

Qeyd olunub ki, bu, xətlərin intensiv yağışlar zamanı həm yağış suları, həm də tullantı sularını maneəsiz şəkildə daşıması üçün edilir: “Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.

İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materialların da örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.

Paylaş:
47

Son xəbərlər

Yağıntılar tədricən kəsilib - FAKTİKİ HAVA - YENİLƏNİB 1Bu gün, 17:15Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunubBu gün, 16:49Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə hərbi obyektlərdə olub - FOTOBu gün, 16:18İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndəribBu gün, 15:56DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edibBu gün, 15:24Metronun əməkdaşı dünyasını dəyişibBu gün, 15:09Küləkli havaya görə xəbərdarlıq edilibBu gün, 14:59Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilibBu gün, 14:42Güclü külək Mingəçevirdə problemlər yaradıb - FOTOBu gün, 14:14Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQBu gün, 13:56Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEOBu gün, 13:31Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36
Bütün xəbərlər