Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb

18:01 - 14 / 12 / 2024
Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.

Paylaş:
441

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər