Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərar | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərar

Qafar Ağayev17:01 - Bu gün
Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərar

6 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” qərardad qəbul edilib.

Ali Məhkəmədən 1news.az-a verilən məlumata görə, sözügedən qərardadın tətbiqi nəticəsində paylı mülkiyyətlə bağlı mübahisələr üzrə məhkəmə çəkişmələri zamanı yaranan bir sıra problemlər öz həllini tapacaq.

Belə ki, paylı mülkiyyətin digər iştirakçılarının mənafeyinin müdafiəsi baxımından ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunacaq.

Vətəndaşların mənafeyinin müdafiəsinin səmərəli təşkili və prosessual qənaət prinsipi baxımından iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğu zaman, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdıracaq.

Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən edərək cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul edəcək. Bu qayda digər paylı mülkiyyətçilərin öz mülkiyyətini qoruyub saxlanması imkanının mövcudluğuna xidmət edəcək.

Həmçinin icra mərhələsində yarana biləcək mümkün problemlərin qarşısının alınması məqsədilə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərəcək.

Paylaş:
58

Son xəbərlər

Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaqBu gün, 17:58Lənkəranda avtomobil velosipedçini vuraraq öldürübBu gün, 17:51Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişibBu gün, 17:43Dövlət başçısı “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyibBu gün, 17:272024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olubBu gün, 17:24PAŞA Qrup şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər?Bu gün, 17:19Azərbaycanın İraqdakı səfiri geri çağırılıbBu gün, 17:10Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərarBu gün, 17:01Sürücülər üçün imtahan keçirildi, uğur qazananların sayı açıqlandıBu gün, 16:46Paytaxtda pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilibBu gün, 16:35Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2Bu gün, 16:13Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıbBu gün, 16:06DYP qış mövsümü ilə bağlı sürücülərə xəbərdarlıq edibBu gün, 15:41Prezident: Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazırdırBu gün, 15:23Mehriban Əliyeva Türkiyə Prezidentinin “Sarı gəlin”i oxuduğu videonu paylaşıb - VİDEOBu gün, 15:19Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıbBu gün, 15:10Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var - FOTOBu gün, 15:04Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyət sığortası onlayn qaydada rəsmiləşdirilirBu gün, 14:45Paytaxtın Nizami rayonunda yaşlılara qarşı quldurluq və soyğunçuluq edənlər saxlanılıblar VİDEOBu gün, 14:4110 min manat dəyərində lotereya biletinin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 14:17
Bütün xəbərlər