İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Qafar Ağayev10:10 - 16 / 12 / 2024
İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Dekabrın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər