Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Qafar Ağayev11:19 - 16 / 12 / 2024
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib.

1news.az xəbərinə görə, bunu maliyyə naziri Sami Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəldməsi nəzərdə tutulub: “Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır”.

Paylaş:
155

Son xəbərlər

Bakıda hosteldə yanğın olub

05 / 05 / 2025, 16:09
Bütün xəbərlər