Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 17-si saat 12:30-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Goranboyda 15m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlıq deməkdir.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.
09:32
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygol, Gədəbəydə 16 m/s-dək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.