İcma: Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır | 1news.az | Xəbərlər
Cəmiyyət

İcma: Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır

Qafar Ağayev17:34 - Bu gün
İcma: Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır

Son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bəyanatı təqdim edirik:

"Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi çox uğursuz alınmışdır.

Üstəlik, səfirin açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Jozep Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır. Bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir".

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər