Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

17:45 - 20 / 12 / 2024
Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.

Paylaş:
218

Son xəbərlər

Bütün xəbərlər