“Hədəfimiz odur ki, bizdən asılı olan səbəblərdən baş verən ana və uşaq ölümlərinin qarşısını ala bilək” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hədəfimiz odur ki, bizdən asılı olan səbəblərdən baş verən ana və uşaq ölümlərinin qarşısını ala bilək”

Ayşən İsmayılova13:14 - Bu gün
“Hədəfimiz odur ki, bizdən asılı olan səbəblərdən baş verən ana və uşaq ölümlərinin qarşısını ala bilək”

“Son illərdə yalnız Azərbaycanda deyil, dünya ölkələrinin də statistik göstəricilərinə fikir versək, uşaq ölümlərinin artması halı müşahidə olunur”.

1news.az xəbər verir ki, bu sözləri TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

“Uşaq ölümlərinin sayının artma səbəbləri tərəfimizdən ciddi araşdırılır və müvafiq qurumlarla müzakirələr olunur. Bunda bir çox səbəb var. Ana ölümü ilə bağlı keçən il kəskin artımın səbəblərindən biri ölkə üzrə metodologiyanın dəyişdirilməsi ilə bağlı oldu. Biz hər ay bunları kontrol edirik. Ümid edirik ki, bu ilin sonuna ana və uşaq ölümü keçən ildəkindən daha aşağı olacaq. Hədəfimiz odur ki, bizdən asılı olan səbəblərdən baş verən ana və uşaq ölümlərinin qarşısını ala bilək. Bu məsələlərdə bir az da vətəndaşlar məsuliyyətli hərəkət etməlidir. Məsələ yalnız həkimlərin səhvi və düzgün müalicə aparılması ilə bağlı deyil. Ana özü də məsuliyyətli olmalı və vaxtı-vaxtında müayinələrdən keçməlidir“.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər