Bakıda 11 ay ərzində təcili yardıma müraciət edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 11 ay ərzində təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

Ayşən İsmayılova11:24 - Bu gün
Bakıda 11 ay ərzində təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

“Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb”.

1news.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransındakı sözlərinə görə, ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb:

“Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.

Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 min 200 - 2 min 300 arasında dəyişir”.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər