2024-cü il ərzində 80 təcili tibbi yardım maşını alınıb

“2024-cü il ərzində 80 təcili tibbi yardım maşını alınıb”.
1news.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, cari il ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması həyata keçirilib.
147