ASCO tarixində ilk - iki xanım gəmi motorçusu kimi işə qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO tarixində ilk - iki xanım gəmi motorçusu kimi işə qəbul edilib

Qafar Ağayev11:58 - 28 / 12 / 2024
ASCO tarixində ilk - iki xanım gəmi motorçusu kimi işə qəbul edilib

ASCO gəmiçilik sektorunda gender bərabərliyini və inklüzivliyi təmin etmək məqsədilə mühüm addım ataraq, ilk dəfə iki xanımı – Röya Ələkbərlini və İradə Astanovanı motorçu kimi işə qəbul edib.

ASCO-dan 1news.az-a verilən məlumata görə, onlar Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasının 2024-cü il məzunlarıdırlar. İradə Astanova sözügedən ixtisasın Azərbaycan dili bölməsində, Röya Ələkbərli isə ingilis dili bölməsində təhsil alıb. Hər iki xanımın hədəfli gələcəkdə baş mexanik vəzifəsinə yüksəlməkdir.

ASCO-nun insan resurslarının idarə edilməsi qaydalarına əsasən, test imtahanı və müsahibəni uğurla keçən bu xanımlar donanmanın işçi ehtiyaclarına uyğun olaraq işə qəbul olunublar. İradə Astanova “Prezident Heydər Əliyev” tankeri, Röya Ələkbərli isə “Culfa” tankerində fəaliyyətə başlayıb. Bu gəmilər Xəzər dənizinin ən böyük tankerlərindən sayılır.

Qeyd edək ki, bundan əvvəl ASCO inklüzivlik prinsiplərini əsas götürərək, ADDA məzunu olan ilk xanım matrosunu işə qəbul etmişdi. Matros Nuranə Əkbərzadə hazırda RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində uğurla çalışır.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər