Qaradağda özünü kommunal xidmət işçisi kimi qələmə verib quldurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda özünü kommunal xidmət işçisi kimi qələmə verib quldurluq edən şəxs saxlanılıb

14:43 - 29 / 12 / 2024
Qaradağda özünü kommunal xidmət işçisi kimi qələmə verib quldurluq edən şəxs saxlanılıb

Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluq edən şəxsi saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.

Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub.

Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər