Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

16:55 - 30 / 12 / 2024
Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.

1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.

Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir.

Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər