Bu gündən Azərbaycanda yeddi günlük bayram tətili başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən Azərbaycanda yeddi günlük bayram tətili başlayıb

09:22 - 30 / 12 / 2024
Bu gündən Azərbaycanda yeddi günlük bayram tətili başlayıb

Azərbaycanda yeddi günlük bayram tətili başlayıb.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - dekabrın 31-i, Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər