Qanunsuz saxlanılan silahlar götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz saxlanılan silahlar götürülüb

12:06 - 01 / 01 / 2025
Qanunsuz saxlanılan silahlar götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 14 tüfəng, 5 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
390

Son xəbərlər

Ov mövsümü başa çatıb

01 / 12 / 2025, 15:29
Bütün xəbərlər