Mərkəzi Bankda 2025-ci ilin ilk valyuta hərracı keçirilib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin ilk valyuta hərracı keçirilib.
1news.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 73.5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, ötən il AMB-də keçirilən 95 valyuta hərracında 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.
149