Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

09:24 - 08 / 01 / 2025
Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.

1news.az xəbər verir ki, Agentliyin mətbuat katibi Pərvanə İmanova Oxu.Az-a açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub:

"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".

Paylaş:
113

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər