Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb

10:01 - 16 / 01 / 2025
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş:
180

Son xəbərlər

Bütün xəbərlər