Ötən il doğulanların çoxu oğlan uşaqları olub
2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94246 doğulan körpə qeydə alınıb.
1news.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.
Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.
Bildirilib ki, körpələrdən 3090-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.
76