İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Qafar Ağayev11:00 - 20 / 01 / 2025
İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Yanvarın 18-19-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər