Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan gənc qız müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan gənc qız müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib

16:07 - Bu gün
Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan gənc qız müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.

1news.az xəbər verir ki, bu barədə klinikanın mətbuat katibi Nuridə Allahyarova öz sosial şəbəkə hesabında paylaşım edib.

“Xəstəliyə yenik düşənlərimiz üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyata tutunanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi Yeni Klinikada 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik”, - N. Allahyarova bildirib.

Xatırladaq ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər