Professor Azər Qasımzadə: “Tikililərin layihələndirməsini və nəzarətini müstəqil qurumlar həyata keçirməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Professor Azər Qasımzadə: “Tikililərin layihələndirməsini və nəzarətini müstəqil qurumlar həyata keçirməlidir”

Qafar Ağayev11:05 - Bu gün
Professor Azər Qasımzadə: “Tikililərin layihələndirməsini və nəzarətini müstəqil qurumlar həyata keçirməlidir”

"Layihələndirilmiş binaların tikintisində layihəyə uyğunluğa nəzarət edən orqanların müstəqil fəaliyyət göstərməsi zəruridir".

Bunu 1news.az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru professor Azər Qasımzadə deyib.

O, bildirib ki, bu yanaşma tikinti prosesində keyfiyyətin daha da yüksək səviyyədə qorunmasını təmin edəcək.

Zəlzələ təhlükəsinin daha da azaldılması üçün layihələndirmə və tikinti prosesində ciddi yanaşmaların zəruridir. Eyni zamanda, əlaqəli tikinti normalarının hər beş ildən bir yenilənməsi zəlzələlərdən sonra əldə edilən elmi biliklərin və texnologiyaların tətbiqinə imkan verəcək”.

Azər Qasımzadə, həmçinin Azərbaycanın yüksək seysmik aktivliyə malik bölgədə yerləşməsini nəzərə alaraq qeyd edib ki, təhlükəsizliyi təmin etmək üçün mühəndislik yanaşmalarına müasir innovasiyalar əlavə olunmalıdır.
“İzolyasiya sistemlərinin və yeni texnologiyaların tətbiqi ilə mövcud binaların dayanıqlığını artırmaq mümkündür. Bu tədbirlər təkcə insan həyatını qorumaq deyil, həm də binaların funksional saxlanılmasını təmin etməyə yönəlməlidir.”

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər