İşə gedən gənc müəllimi maşın vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

İşə gedən gənc müəllimi maşın vurdu

12:39 - Bu gün
İşə gedən gənc müəllimi maşın vurdu

Bakıda avtomobil qadını vuraraq öldürüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 07:40 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, Şükür Məhərrəmov idarə etdiyi “Tofaş Doğan” markalı avtomobillə yolu keçən 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Pirizadə P.İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Hadisə müəllim işə gedərkən baş verib.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər