Vətəndaşı şantaj edərək 19500 manat tələb edən şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşı şantaj edərək 19500 manat tələb edən şəxs həbs edilib

10:45 - 27 / 01 / 2025
Vətəndaşı şantaj edərək 19500 manat tələb edən şəxs həbs edilib

Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Polis əməkdaşları tərəfindən onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər