Sərxoş halda transformatora girən gənc ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərxoş halda transformatora girən gənc ölüb

10:28 - 28 / 01 / 2025
Sərxoş halda transformatora girən gənc ölüb

Bakıda 32 yaşlı kişi yanaraq ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər