Nəvəsinin öldüyünü eşidən nənə intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəvəsinin öldüyünü eşidən nənə intihar edib

10:25 - 31 / 01 / 2025
Nəvəsinin öldüyünü eşidən nənə intihar edib

Yevlax rayonunda nəvəsinin qəzada öldüyünü eşidən nənə intihar edib.

1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisə rayonun Tanrıqulular kəndində baş verib.

Belə ki, yanvarın 23-də Mingəçevir şəhərində həmin kəndin sakini olan 15 yaşlı Amil Habil oğlu Rzayevi “VAZ 2107” markalı avtomobil vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u saat 14 radələrində vəfat edib.

Dünən nəvəsinin ölüm xəbərini alan 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva sirkə turşusu içərək həyatına qəsd edib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər