İtkin şəhidin məzarı 32 il sonra tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin şəhidin məzarı 32 il sonra tapılıb

14:47 - Bu gün
İtkin şəhidin məzarı 32 il sonra tapılıb

Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra tapılıb və bu barədə ailəsinə xəbər verilib.

1news.az Modern.az-a istinadən xəbər verir ki, 32 ildir itkin düşmüş kimi qeydiyyatda olan Cəbrayıl rayonunun Horovlu kənd sakini Müşfiq Quliyevin nəşinin Beyləqan şəhərindəki qəbiristanlıqda naməlum şəhid kimi dəfn olunduğu üzə çıxıb.

Şəhidin qalıqlarından DNT analizi üçün götürülmüş nümunələr onun kimliyini rəsmən təsdiqləyib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər