Lerikdə silah-sursat saxlayan şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə silah-sursat saxlayan şəxs saxlanılıb - FOTO

09:08 - Bu gün
Lerikdə silah-sursat saxlayan şəxs saxlanılıb - FOTO

Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

1news.az "Report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər