Qazaxda qumbara tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda qumbara tapılıb

10:10 - Bu gün
Qazaxda qumbara tapılıb

Qazaxda məişət tullantıları qutularının yaxınlığında hərbi sursat aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.

Qeyd edilib ki, məlumat dünən axşam saatlarında agentliyə daxil olub. Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib.

Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər