İmişlidə narkokuryerlər saxlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə narkokuryerlər saxlanıb

10:30 - Bu gün
İmişlidə narkokuryerlər saxlanıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.
Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər