AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir

11:14 - Bu gün
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın nəticələrinə dair ilkin hesabat yaxın günlərdə açıqlanacaq.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün brifinq zamanı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

"Mütəxəssislər çox çalışırlar. İşə Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, istehsalçı ölkə kimi Braziliyadan, CENIPA və İCAO-dan beynəlxalq mütəxəssislərin cəlb olunduğu barədə xəbər vermişdik. Bütün bu mütəxəssislər birlikdə işləyirlər. Onlar son mərhələdədir və yaxın günlərdə rəsmi saytımızda ilkin hesabatın dərc olunmasını gözləyirik", - o bildirib.

Təyyarə qəzası ilə bağlı araşdırmanı Qazaxıstan Nəqliyyat Nazirliyi yanında komissiya aparıb. Aviaqəzaların Araşdırılması Mərkəzinin (Cenipa) mütəxəssisləri tərəfindən deşifrə edilən təyyarənin “qara qutuları” yanvarın 15-də Braziliyadan Astanaya gətirilib.

Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.

Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər