Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub

09:56 - 06 / 02 / 2025
Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub.

Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
159

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər