Bakıda 11 elektromobildən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 11 elektromobildən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev15:26 - 07 / 02 / 2025
Bakıda 11 elektromobildən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 11 elektromobildən oğurluq edən şəxsi polis saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volkswagen” markalı elektromobildən 1500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromobillərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər