Rəqəmsal məktəb platforması istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqəmsal məktəb platforması istifadəyə verilib

Qafar Ağayev11:07 - 07 / 02 / 2025
Rəqəmsal məktəb platforması istifadəyə verilib

Bu gündən etibarən Rəqəmsal məktəb platforması istifadəyə verilib.

Bu barədə 1news.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, platformada valideyn, şagird, müəllim və direktor kabinetləri mövcuddur.

Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.

Qeyd edək ki, Rəqəmsal Məktəb layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. "Sima" və identifikasiya kodu ilə valideyn övladının təhsil göstəricilərini onlayn izləyə biləcək.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər